ETSN-də AXC-nin 100 illiyi münasibətilə tədbir keçirilib

ETSN-də AXC-nin 100 illiyi münasibətilə tədbir keçirilib
# 29 may 2018 13:24 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Milli Məclisin deputatı Musa Qasımlı çıxış edərək AXC-nin 100-cü ildönümünün qeyd olunması ilə bağlı keçirilən tədbirlərin milli şüurun formalaşmasında mühüm əhəmiyyətini və Cümhuriyyətin milli dövlətçilik tariximizdə misilsiz rolunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

O, bu gün ölkədə milli tariximizə, mədəniyyətimizə xüsusi qayğı göstərildiyini qeyd edərək cümhuriyyətin yaranması, fəaliyyəti, həmin dövrün ictimai-siyasi durumu barədə məlumat verib.

Azərbaycanın müasir dövlətçilik tarixi haqqında danışan tarixçi-alim ölkənin müstəqilliyinin möhkəmləndirilməsində Heydər Əliyevin və bu ənənənin davamçısı Prezident İlham Əliyevin müstəsna xidmətlərini xüsusi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR