Cəlilabadda 2-ci sinif şagirdi kanalda boğulub

Cəlilabadda 2-ci sinif şagirdi kanalda boğulub
# 18 yanvar 2017 12:41 (UTC +04:00)

Cəlilabadda 2-ci sinif şagirdi kanalda boğulub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Şəbiyev Vəli Ramin oğlu şəhərin yeni massiv deyilən ərazisində, evlərinin yaxınlığından keçən su kanalında batıb.

İlkin ehtimala görə, uşaq oynayarkən ayağı sürüşərək kanala düşüb.

Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

Hadisəni Cəlilabad Rayon Prokurorluğu araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR