İsraildə iri terror aktının qarşısı alınıb

İsraildə iri terror aktının qarşısı alınıb
# 20 oktyabr 2016 18:32 (UTC +04:00)

Bakı-APA. İsrailin xüsusi xidmət orqanlarının əməkdaşları ölkə ərazisində güclü partlayış planlaşdırmaqda şübhəli bilinən Qəzza zolağından olan bir qrup fələstinlini həbs edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, istintaqın materiallarına əsasən, saxlanılan dörd şəxs Qəzza zolağında fəaliyyət göstərən “İslam cihadı” qruplaşmasının tapşırığı ilə hərəkət ediblər.

Nəlumata görə, saxlanılanlar həmçinin israilli hərbçi oğurlamağı planlaşdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR