Rusiyada cinayət törədən azərbaycanlının məhkəməsi başlayıb

Rusiyada cinayət törədən azərbaycanlının məhkəməsi başlayıb
# 11 oktyabr 2016 15:04 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiya Federasiyasında hədə-qorxu yolu ilə pul tələb etmədə təqsirləndirilərək həbs edilən Elşən Həsənovun cəzasının Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənməsi barədə müraciəti ilə bağlı məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı oktyabrın 17-nə təyin edilib.

Qeyd edək ki, E. Həsənov hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilərək Rusiyada həbs olunub. Onun barəsində 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə qərarı çıxarılıb və Azərbaycana təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR