SOCAR-ın “Tullantı Mərkəzi”ndə quraşdırılan alternativ enerji mənbələrinin gücü artırıla bilər

SOCAR-ın “Tullantı Mərkəzi”ndə quraşdırılan alternativ enerji mənbələrinin gücü artırıla bilər
# 26 yanvar 2017 10:39 (UTC +04:00)

SOCAR-ın ekologiya üzrə vitse-prezident Rəfiqə Hüseynzadə ilə BMT İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakasseti arasında görüş keçirilib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, görüşdə 26 fevral 2015-ci il tarixindən etibarən birgə həyata keçirilən “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları” (NAMA) layihəsinin bütün komponentləri üzrə məlumat verilib və hazırda layihə üzrə görülən işlərin icra vəziyyəti haqqında müzakirələr aparılıb.

Söhbət əsnasında istehsalat zərurəti nəzərə alınaraq, “Tullantı Mərkəzi”ndə sözügedən layihə çərçivəsində quraşdırılan alternativ enerji mənbələrinin gücünün artırılması təklif olunub. Bununla yanaşı, gələcəkdə BMT-nin Azərbaycan Nümayəndəliyinin vasitəsilə Beynəlxalq İqlim Fondundan (GCF) qrant cəlb edilməsi məqsədilə aşağı təzyiqli səmt qazlarının azaldılması üzrə yeni layihə təklifinin hazırlanması barədə razılığa gəlinib.

Rəhbər komitənin növbəti görüşünün bu ilin fevral ayında keçirilməsi razılaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR