Goranboyda avtomobil aşıb, ana və qızı xəsarət alıb - YENİLƏNİB

Goranboyda avtomobil aşıb, ana və qızı xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 04 avqust 2017 14:56 (UTC +04:00)

Goranboyda avtomobilin aşması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.

APA-nın qərb bürosunun xəbərinə görə, bunlar Şəmkir rayon sakini, onlar 1980-ci il təvəllüdlü Namazova Aygün Vidadi qızı və onun 10 yaşlı övladı Şahdağlı Sara Şahdağlıoruc qızıdır.

Xəstəxanadan onların vəziyyətinin orta-ağır olduğu bildirilib.

***

16:56

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Qərb bürosunun məlumatına görə, Bakı-Qazax magistral avtomobil yolunun Goranboy rayonu, Dəliməmmədli qəsəbəsindən keçən hissəsində "Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə maşın yolun kənarına aşıb.

Qəza zamanı qadın sürücü və maşındakı azyaşlı xəsarət alıblar. Xəsarət alanlar Gəncədəki xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR