"AFB Bank" 4 mln. manatdan artıq mənfəət əldə edib

"AFB Bank" 4 mln. manatdan artıq mənfəət əldə edib
# 03 noyabr 2016 11:56 (UTC +04:00)

"AFB Bank" ASC-nin aktivlərinin həcmi 2016-cı ilin III rübündə 293,840 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 6,9% çoxdur. “APA-Economics” xəbər verir ki, bankın kredit portfeli hesabat dövrü ərzində 17,3% artaraq 206,978 mln. manata çatıb.

Bankın depozit portfeli hesabat dövrü ərzində 17% artaraq 99,407 mln. manata çatıb. öhdəlikləri isə 207,915 mln. manat təşkil edib.

Bir il ərzində bankın məcmu kapitalı 7,8% artaraq 85,925 mln. manata çatıb, nizamnamə kapitalı isə dəyişməyərək 70,393 mln. manat təşkil edib.

Cari ilin doqquz ayı ərzində bankın əldə etdiyi mənfəət 4 mln. 341 min 553,52 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR