Vyanada insanlara bıçaqla hücum edən şəxs saxlanılıb - YENİLƏNİB-1

Vyanada insanlara bıçaqla hücum edən şəxs saxlanılıb - <span style="color: red;">YENİLƏNİB-1
# 08 mart 2018 00:16 (UTC +04:00)

Avstriyanın paytaxtı Vyanada insanlara bıçaqla hücum edən şəxs saxlanılıb. Onu adı hələ ki, açıqlanmır.

APA-nın məlumatına görə, bu barədə BreakingNNow xəbər verib.

Məlumata görə, cinayətkarın motivləri müəyyənləşdirilir.

***

02:18

Vyanada naməlum şəxsin bıçaqla bir qrup insana hücum etməsi nəticəsində xəsarət alanların sayı 4-ə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Vyana polisinin məlumatında deyilir.

“Saat 19:45-də naməlum şəxs bıçaqla 3 nəfərə xəsarət yetirib. Bir müddət sonra dəmiryol vağzalında daha bir nəfər bıçaq yarası alıb”, məlumatda deyilir.

Polis cinayətkarın axtarışını davam etdirir.

***

00:48

Avstriyanın paytaxtı Vyanada naməlum şəxs bıçaqla bir qrup insana hücum edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 nəfər ağır xəsarət alıb. Polis hadisə yerini əhatəyə alıb.

Məlumata görə, küçədə piyadalara hücum edən şəxs hadisə yerindən uzaqlaşıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR