Bakı. Hafiz Heydərov – APA. Bərdə rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bala-Qəcər kənd sakini Etibar Əhmədovdan 3,996 qram marixuana, “Niva” markalı avtomobilinə baxış zamanı isə 3 kiloqram 160 qram marixuana aşkar edilərək götürülüb.