İtaliyada Azərbaycana qarşı qərəzli veriliş bağlanıb

İtaliyada Azərbaycana qarşı qərəzli veriliş bağlanıb
# 30 noyabr 2016 12:06 (UTC +04:00)

İtaliyanın "Rai 3" telekanalının "Report" verilişi bağlanıb.

APA-nın məlumatına görə, verilişin aparıcısı Milena Gabanelli mütəmadi olaraq qərəzli, kəskin və haqsız fikirlərə yol verdiyinə görə onun müəllifi olduğu verilişin bağlanmasına qərar verilib.

"Report" dünən sonuncu dəfə "Rai 3"-də efirə çıxıb və M. Gabanelli tamaşaçılarla vidalaşıb.

Məlumatda bildirilir ki, "Report" verilişinin İtaliyanın digər aparıcı kanallarında yerləşdirilməsindən də imtina olunub. Bu səbəbdən M. Gabanellinin 10-15-ci dərəcəli kanallara üz tutduğu qeyd olunur.

Qeyd edək ki, bir müddət əvvəl bu verilişdə Azərbaycan əleyhinə də qərəzli məlumatlara və fikirlərə yol verilib.

Azərbaycan əleyinə fəaliyyətlə məşğul olan "Report" verilişi isə internet şəbəkələrində əsasən erməni lobbisinin üzvləri tərəfindən paylaşılıb və bəyənilib. Verilişdə ekspert qismində iştirak edənlərin də əksəriyyəti ermənilər olub.

Bundan başqa, kanala və verilişə qarşı 300 milyon avroluq məhkəmə iddialarının olduğu də üzə çıxıb. Verilişdə ayrı-ayrı şəxslər bərəsində qərəzli və böhtan xarakterli məlumatlar yaydığına görə, "Report" verilişi və "Rai 3" telekanalı müxtəlif vaxtlarda məhkəməyə verilib, külli miqdarda təzminat iddiası qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR