CQBK-nin ötürücülük qabiliyyəti artıb, layihəyə çəkilən xərclər 150 mln. dollar azalıb

CQBK-nin ötürücülük qabiliyyəti artıb, layihəyə çəkilən xərclər 150 mln. dollar azalıb
# 21 fevral 2017 13:51 (UTC +04:00)

2016-cı ildə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gündəlik orta ötürücülük gücü təqribən 19,9 mln. kubmetr (2015-ci ildə 18,6 mln. kubmetr) qaz olub.

Cənubi Qafqaz Boru Kəmərinin operatoru "BP-Azerbaijan" şirkətindən "APA-Economics"ə verilən məlumata görə, bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır.

2016-cı il ərzində CQBK ilə bağlı fəaliyyətlərə təqribən 27 mln. dollar əməliyyat xərcləri və 974 mln. dollar əsaslı xərclər sərf edilib. Qeyd edək ki, 2015-ci ildə CQBK-nin əməliyyat xərcləri təqribən 47,5 mln. dollar, əsaslı xərclər isə 1,1 mlrd. dollar olub. Beləliklə, əməliyyat xərcləri 20,5 mln. dollar, əsaslı xərclər isə 126 mln. dollar azalıb.

CQBK-nin iki operatoru var - BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

Şirkətin səhmdarları bunlardır: BP (28,8%), "AzCQBK" (10%), "Cənub Qaz Dəhlizi Midstrim" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NİKO (10%) və TPAO (19%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR