Ötən ilin aprelində Tərtər və Ağdamda ermənilərin atəşi ilə dağıdılmış 200-dən çox ev bərpa edilib

Ötən ilin aprelində Tərtər və Ağdamda ermənilərin atəşi ilə dağıdılmış 200-dən çox ev bərpa edilib
# 31 mart 2017 15:59 (UTC +04:00)

Keçən ilin aprel ayında işğalçı Ermənistan ordusunun artilleriya atəşi nəticəsində Tərtər və Ağdam rayonlarında dağılmış 200-dən çox ev bərpa olunub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu Tərtər rayonunda məcburi köçkünlər üçün salınan yaşayış məhəlləsində tikinti işlərinin gedişi ilə tanış olan komitə sədri, baş nazirin müavini Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, Azərbaycan prezidentin tapşırığı ilə ayrılmış vəsait hesabına 120 ailəyə dəymiş ziyana görə maddi yardım ödənilib: “Hazırda Tərtər rayonunun kəndlərində 78 ev tikilir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR