Bu ilin ilk yarısında yol qəzalarında xəsarət almış 983 nəfər xəstəxanaya yerləşdirilib

Bu ilin ilk yarısında yol qəzalarında xəsarət almış 983 nəfər xəstəxanaya yerləşdirilib
# 30 iyul 2018 15:34 (UTC +04:00)

Bu ilin 6 ayı ərzində Bakı Şəhər Təcili vəTəxirəsalınmaz Tibbi Yardım Stansiyasına nəqliyyat hadisəsi səbəbindən 1122 müraciət daxil olub.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, bu hadisələr nəticəsində 983 nəfər hospitalizasiya olunub. Qeyd olunub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə avtoqəzaların sayında azalma müşahidə olunur.

Belə ki, 2017-ci ilin 6 ayı ərzində baş verən 1179 nəqliyyat hadisəsi nəticəsində 1037 nəfər hospitalizasiya olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR