Neftçalada minik avtomobili ekskavatorla toqquşub, bir nəfər ölüb

Neftçalada minik avtomobili ekskavatorla toqquşub, bir nəfər ölüb
# 25 avqust 2017 09:58 (UTC +04:00)

Neftçalada minik avtomobili traktorla toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 24-də saat 17 radələrində Neftçala rayonunun Xolqarabucaq kəndi ərazisində kənd sakinləri Şamil Quliyevin idarə etdiyi “Hyundai” markalı ekskavatorla İbad Rzayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR