Elmar Məmmədyarov BMT İnsan Hüquqları Şurasının iclasında iştirak edəcək

Elmar Məmmədyarov BMT İnsan Hüquqları Şurasının iclasında iştirak edəcək
# 25 fevral 2019 15:50 (UTC +04:00)

BMT İnsan Hüquqları Şurasının 40-cı iclası keçiriləcək. İclasın gündəliyinə birbaşa Azərbaycanla bağlı məsələ daxil edilməyəcək.

ONA-nın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, 25 fevral-22 mart tarixində keçiriləcək iclasda xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edəcək. Lakin səfərin dəqiq tarixi hələlik yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR