Bakıda əvvəllər məhkum olunmuş şəxslərdən 30 kq narkotik götürülüb

Bakıda əvvəllər məhkum olunmuş şəxslərdən 30 kq narkotik götürülüb
# 11 yanvar 2017 08:44 (UTC +04:00)

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Nəzərovdan 19 kiloqram 470,278 qram marixuana götürülüb.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Musayevdən 10 kiloqram 70 qram marixuana götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR