DÇ-2018-in açılış matçında ilk dəfə ən aşağı reytinqli komandalar qarşılaşacaq

DÇ-2018-in açılış matçında ilk dəfə ən aşağı reytinqli komandalar qarşılaşacaq
# 02 dekabr 2017 03:13 (UTC +04:00)

Rusiyada keçiriləcək DÇ-2018-in açılış matçında meydan sahibi Rusiya ilə Səudiyyə Ərəbistanı yığması qarşılaşacaq.

Apasport.az saytının məlumatına görə, iyunun 14-də keçiriləcək oyun mundialların tarixinə düşəcək. Belə ki, milli komandalar arasında reytinq sıralamasının tətbiq olunduğu 1993-cü ildən bəri ilk dəfə açılış oyununda çempionatda iştirak edən komandalar arasında ən aşağı reytinqli iki komanda ilk matçda üz-üzə gələcəklər.

FİFA-nın son açıqlanan reytinq sıralamasında Rusiya 65, Səudiyyə Ərəbistanı isə 63-cü sırada qərarlaşıb.

Reytinq sıralaması hesablanandan bəri keçirilmiş dünya çempionatlarının aşılış oyunlarında aşağıdakı komandalar qarşılaşıblar.

DÇ-1994. ABŞ – İsveçrə

DÇ-1998. Braziliya – Şotlandiya

DÇ-2002. Fransa – Seneqal

DÇ-2006. Almaniya – Kosta-Rika

DÇ-2010. CAR – Meksika

DÇ-2014. Braziliya – Xorvatiya

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR