Oğuzda ərinin döydüyü qadın ağır xəsarət alıb

Oğuzda ərinin döydüyü qadın ağır xəsarət alıb
# 01 iyun 2018 07:00 (UTC +04:00)

Oğuzda 47 yaşlı qadın əri tərəfindən döyülüb.


APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, mayın 31-i saat 21.00 radələrində rayonun Qumlaq kənd sakini, 1971-ci il təvəllüdlü Məhbubə Kərim qızı Xəlilova Oğuz Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

Oğuz MRX-da ilkin tibbi yardım göstərildikdən sonra qadın müayinə və müalicəsini davam etdirmək üçün Şəki MRX-a göndərilib.

Şəki MRX-dan APA-ya bildirilib ki, Məhbubə Xəlilova xəstəxananın reanimasiya şöbəsində yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Oğuz rayon Polis Şöbəsindən bildirilib ki, Məhbubə Xəlilovanı əri, 1960-cı il təvəllüdlü Osman Vəlyəddin oğlu Xəlilov münaqişə zəminində döyüb.


Faktla bağlı Oğuz RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR