Şəkidə evdə yanğın olub

Şəkidə evdə yanğın olub
# 21 noyabr 2016 11:56 (UTC +04:00)

Şəkidə fərdi yaşayış evində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (DYMH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın bu gün günorta saatlarında Şəki şəhər sakini Mehman Əliheydərova məxsus, ümumi sahəsi 70 kv/m olan birmərtəbəli, 2 otaq və aynabənddən ibarət fərdi yaşayış evində qeydə alınıb.

Hadisə yerinə FHN-in Şəki rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində evin 1 otağının tavanı 4 kv/m-lik sahədə, 2-ci otağın tavanı 3 kv/m-lik sahədə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR