"Fitch": 2018-ci ildə Azərbaycanda büdcə profisitlə icra olunacaq

"Fitch": 2018-ci ildə Azərbaycanda büdcə profisitlə icra olunacaq
# 30 iyul 2018 14:55 (UTC +04:00)

2018-ci ildə Azərbaycanda büdcə profisitlə icra olunacaq.

Bu barədə “APA-Economics” “Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumata istinadən xəbər verir. Bildirilir ki, neft və qaz sektorundan daxilolmaların artması büdcənin profisitlə icra olunmasına səbəb olacaq.

"2018-ci ilin yenidən baxılmış dövlət büdcəsində artımı proqnozlaşdırılan daxilolmalar əsaslı xərclərə, o cümlədən əsaslı kapital qoyuluşunun 1,6 mlrd. manat genişlənməsinə sərf olunacaq", - deyə hesabatda vurğulanıb.

Məlumatda qeyd olunub ki, bu il Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 13% artaraq 11 mlrd. manat təşkil edəcək: "Bundan başqa, SOCAR-a 0,96 milyard manat həcmində dövlət dəstəyi göstəriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR