Bank Of Baku

Daşkəsən İcra Hakimiyyəti rayonda küləyin törətdiyi fəsadlar barədə məlumat yayıb - FOTO - VİDEO - YENİLƏNİB

Daşkəsən rayonunda küləyin törətdiyi fəsadlar

© APA | Daşkəsən rayonunda küləyin törətdiyi fəsadlar

# 12 avqust 2021 11:20 (UTC +04:00)

Daşkəsən İcra Hakimiyyəti rayonda küləyin törətdiyi fəsadlar barədə məlumat yayıb.

Rayon İH-dən APA-ya verilən məlumata görə, Daşkəsən rayonu ərazisində 11 avqust 2021-ci il tarixdə saat 18-00 radələrindən başlayaraq əsən güclü külək və qasırğa nəticəsində rayon ərazisində çoxmərtəbəli və fərdi yaşayış binalarının, sosial-inzibati binaların dam örtüyünə, elektrik, rabitə və qaz təsərrüfatına ziyan dəyib. Güclü külək bir neçə çoxmərtəbəli yaşayış binasının dam örtüyünü taxta konstruksiyaları ilə birlikdə tamamilə uçurub. Bəzi binaların və fərdi evlərin dam örtüyünə isə qismən zərər dəyib.

Rayon Hidrometeorologiya stansiyasının verdiyi məlumata görə, küləyin sürəti saniyədə 30-35 m təşkil edib.

Külək Daşkəsən şəhəri S.Vurğun küçəsi 17 nömrəli çoxmərtəbəli yaşayış binasının və S.Vurğun adına 4 nömrəli tam orta məktəbin, Quşçu qəsəbəsində çoxmərtəbəli yaşayış binasının dam örtüyünü taxta konstruksiyalarla birlikdə binaların üstündən tamamilə atıb.

Baş vermiş təbii fəlakət barədə aidiyyəti qurumlara məlumat verilib. Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən dəymiş ziyanın həcmi müəyyənləşdirilir və daxili imkanlar hesabına yaranmış problemin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR