Goranboyda “VAZ” aşıb, sürücü xəsarət alıb

Goranboyda “VAZ” aşıb, sürücü xəsarət alıb
# 27 mart 2018 21:37 (UTC +04:00)

Goranboyda hərəkətdə olan avtomobil aşıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Goranboy-Ağcakənd yolunda baş verib. Hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində, sürücü 1996-cı il təvəllüdlü Əli Əliyev xəsarət alaraq Goranboy rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR