Azərbaycan XİN rəhbəri macarıstanlı həmkarı ilə görüşüb

Azərbaycan XİN rəhbəri macarıstanlı həmkarı ilə görüşüb
# 07 dekabr 2016 13:05 (UTC +04:00)

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov NATO və Qətiyyətli Dəstək Missiyası üzrə əməliyyat tərəfdaşlarının xarici işlər nazirləri iclasında iştirak etmək məqsədilə Brüsselə səfər edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər zamanı E. Məmmədyarov Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə görüşüb.

Görüşdə Azərbaycan və Macarıstan arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Nazirlər iki ölkə arasında əlaqələrin perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və Macarıstanın Bakıdakı səfirliyinin gələn ildən etibarən NATO-nun Azərbaycandakı Əlaqələndirici səfirliyi kimi fəaliyyətinə dair fikir mübadiləsi aparıblar.

Macarıstanın Bakıdakı səfirliyi 2017-ci ilin yanvar ayından etibarən Rumıniyanın səfirliyini əvəzləyərək NATO-nun Azərbaycanda əlaqələndirici səfirliyi kimi fəaliyyət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR