Əli Əhmədov: “Vətənpərvər gənclərdən ibarət parlamentin formalaşması diqqətimizdə olacaq”

Əli Əhmədov: “Vətənpərvər gənclərdən ibarət parlamentin formalaşması diqqətimizdə olacaq”
# 28 noyabr 2019 15:18 (UTC +04:00)

“Azərbaycanda müasir biliklərə yiyələnmiş, vətənpərvər gənclik formalaşıb. Bu gənc nəsil Azərbaycanın bundan sonrakı inkişafına daha böyük töhfələr vermək imkanına malikdir”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bildirib.

Ə. Əhmədov deyib ki, növbəti parlament seçkilərində layiqli, vətənpərvər gənclərdən ibarət parlamentin formalaşması bizim diqqətimizdə olacaq: “Biz istəyərdik ki, parlamentə seçilməyə layiq olanlar içərisində belə gənclərimiz çox olsun. İstəyərdik ki, YAP-da belə gəncləri irəli çəkək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR