Vahid Ələkbərov LUKOİL və “Palmali Holdinq” arasında məhkəmə çəkişməsinə münasibət bildirib

Vahid Ələkbərov LUKOİL və “Palmali Holdinq” arasında məhkəmə çəkişməsinə münasibət bildirib
# 25 may 2018 14:14 (UTC +04:00)

“LUKOİL-lə “Palmali Holdinq” arasındakı məsələ sırf kommersiya məsələsidir”. Bunu APA-nın Rusiya bürosuna açıqlamasında Rusiyanln LUKOİL şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.

LUKOİL-lə “Palmali” arasındakı məhkəmə çəkişməsini şərh edən Vahid Ələkbərov bildirib ki, bu sırf kommersiya məsələsidir: “Mən bu məsələni şərh etməzdim. Çünki, məsələnin detallarını yaxşı bilmirəm”.

Qeyd edək ki, "Palmali Holding" "Lukoil" şirkətinin törəmə müəssisəsi olan "Litasco"nu məhkəməyə verib. "Palmali"nin London Arbitraj Məhkəməsində qaldırdığı iddiada qeyd edilib ki, "Litasco" Xəzər dənizində daşımaçılıqla bağlı razılaşmanın şərtlərini pozub. "Palmali" "Litasco"dan 2 mlrd. dollarlıq təzminat tələb edir.

"Lukoil" və "Palmali Denizçilik" 2017-ci ilin aprel ayında neft və neft məhsullarının 10 illik daşımasını həyata keçirmək üçün müqavilə imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR