Türkiyədə yenidən zəlzələ baş verib

Türkiyədə yenidən zəlzələ baş verib
# 09 avqust 2017 23:31 (UTC +04:00)

Türkiyənin Manisa vilayətində 4.0 bal gücündə zəlzələ baş verib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 23:14-də qeydə alınan yeraltı təkanların episentri vilayətin Kırkağaç bölgəsində, ocağı isə 13,4 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, ötən axşam yerli vaxtla saat 19:55-də Muğla əyalətinin Bodrum şəhəri yaxınlığında 3,9 bal gücündə zəlzələ olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR