Topaz Premyer Liqası XIII tur: “Qarabağ” – “Qəbələ” - 2:1

Topaz Premyer Liqası XIII tur: “Qarabağ” – “Qəbələ” - 2:1
# 29 noyabr 2016 18:10 (UTC +04:00)

Bu gün Topaz Premyer Liqasında XIII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, son oyun günündə 1 görüş keçirilib.

Turun mərkəzi qarşılaşmasında “Qarabağ” “Qəbələ”ni qəbul edib. Görüşdə ilk hissə qolsuz başa çatıb.

İkinci hissədə Filip Ozobiç fərqlənərək qonaqları hesabda önə çıxardıb. Ancaq Roman Qriqorçukun yetirmələri üstünlüyünü qoruya bilməyiblər.

Matçın 87-ci dəqiqəsinə hakim Rəhim Həsənov qonaqların qapısına şübhəli penalti təyin edib. Belə ki, top Stankoviçin üzünə dəysə də, referi bunu penalti kimi dəyərləndirib. Almeyda isə ona təqdim olunmuş bu şansı boşa verməyib.

Oyuna əlavə olunmuş dördüncü dəqiqədə isə Almeyda Filip Ozobiçi başla vurduğu üçün meydandan qovuldu.

Bundan bir dəqiqə sonra isə Əfran İsmayılovun sağ cinahdan ötürməsini Dino Ndlovu qola çevirib.

Topaz Premyer Liqası

XIII tur

29 noyabr (çərşənbə axşamı)

“Qarabağ” – “Qəbələ” - 2:1

Qırmızı vərəqə: Almeyda, 90+2 (rəqibi vurduğu üçün)

Qollar: Almeyda, 86 (pen.), Dino Ndlovu, 90+5 - Ozobiç, 64

I dövrədəki oyun: 0:2

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Məlik Həsənov

“Azərsun Arena”

Turnir cədvəli

Bombardir: Baqali Dabo (“Qəbələ”) - 7

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR