Sumatra adasında baş verən zəlzələdə ölənlərin sayı 54 nəfərə çatıb

Sumatra adasında baş verən zəlzələdə ölənlərin sayı 54 nəfərə çatıb
# 07 dekabr 2016 08:09 (UTC +04:00)

İndoneziyanın Sumatra adasında baş verən zəlzələ zamanı ölənlərin sayı 54 nəfərə çatıb.

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, daha əvvəl 25 nəfərin öldüyü barədə məlumat verilmişdi.

Məlumata əsasən 52 nəfər zəlzələnin episentrinə yaxın olan Pdidjaya, 2 nəfər isə Biryoen vilayətində ölüb. Daha 78 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Xatırladaq ki, 6,5 bal gücündə zəlzələ bu gün səhər Sumatranı şimal hissəsində baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR