Gürcüstanda NATO bazasının yaradılması təklif edilib

Gürcüstanda NATO bazasının yaradılması təklif edilib
# 01 mart 2017 12:53 (UTC +04:00)

Gürcüstan ərazisində NATO bazasının yaradılması təklif edilib.

APA-nın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, bunu Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, briqada generalı Vladimir Çaçibaya deyib.

“NATO-nun Qara dənizdə güclənməsi imkanlarından biri Şimali Atlantika bloku hərbi gəmilərinin dənizə fərdi səfərləridir. Lakin bunun qarşısını Montro Konvensiyası alır. Digər çıxış yolu NATO-nun Gürcüstan və Ukrayna hərbi donanmalarının gücləndirilməsinə yardım etməsidir. Bu isə böyük maliyyə tələb edir. Əvəzində Gürcüstanın sahil zolağında, strateji əhəmiyyət daşıyan Poti limanında sahil mühafizəsi bazası yaratmaq olar“, - deyə V. Çaçibaya söyləyib.


Qeyd edək ki, NATO Qara dənizdə mövqelərini gücləndirməyə qərar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR