Bank Of Baku

Ötən ay ABŞ-da məşğulluq kəskin artıb

Ötən ay ABŞ-da məşğulluq kəskin artıb
# 07 avqust 2021 11:39 (UTC +04:00)

İyulda ABŞ-ın əmək bazarında son bir ildə məşğul əhalinin sayında ən güclü artım qeydə alınıb və COVID-19 pandemiyasına baxmayaraq ölkə iqtisadiyyatının böyümə perspektivləri yaxşılaşıb.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, məşğul əhalinin sayı təkcə iyul ayında 943 min nəfər artıb və işsizlik səviyyəsi pandemiya zamanı qeydə alınan ən aşağı göstəriciyə - 5,4%-ə enib. Bununla belə ABŞ-da məşğul əhalinin sayı pandemiya dövründən əvvəlki səviyyə ilə müqayisədə 5,7 mln. azdır.

İşsizlik statistikasının azalması fonunda, ABŞ dollarının dəyəri artmağa başlayıb. Belə ki, dünən dolların indeksində son üç həftə ərzində ən kəskin artım qeydə alınıb və bu da istiqrazların gəlirliliyini artıraraq FED-ə (Federal Rezerv Sistemi) pul siyasətini daha da sərtləşdirmək üçün əlavə səbəblər verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR