Azərbaycanlı hakimlər Yunanıstan çempionatının oyununa təyinat alıb

Azərbaycanlı hakimlər Yunanıstan çempionatının oyununa təyinat alıb
# 07 mart 2019 09:16 (UTC +04:00)

Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev Yunanıstan çempionatının oyununa təyinat alıb. ONA-nın məlumatına görə, təmsilçimizin başçılıq etdiyi briqada Super Liqanın XXIV turunda legioner kimi meydana çıxacaq.

Həmyerlilərimiz PAOK – “Atromitos” görüşünü idarə edəcəklər. Qarşılaşmada köməkçi hakimlər funksiyasını isə Akif Əmirəli və Rza Məmmədov yerinə yetirəcəklər. Bu görüş martın 10-da baş tutacaq.

Qeyd edək ki, Salonikidə keçiriləcək matç Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR