Almaniyanın Lübek şəhərində yaşayış evində partlayış baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 5 nəfər xəsarət alıb.
Onlardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Evin tamamilə yanaraq külə döndüyü bildirilir.