Göyçayda peşə liseyinin şagirdi Şuşa sakinini bıçaqlayıb

Göyçayda peşə liseyinin şagirdi Şuşa sakinini bıçaqlayıb
# 15 noyabr 2016 10:54 (UTC +04:00)

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 11:30 radələrində Göyçay şəhərində qeydə alınıb. Rayonun Bığır kənd sakini, Göyçay Peşə Liseyinin şagirdi, 1997-ci il təvəllüdlü Eyyubov Ramil Faiq oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Şuşa şəhərindən olan məcburi köçkün, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin yataqxanasında yaşayan 1998-ci il təvəllüdlü Vəliyev Elnur Pənah oğlunu bıçaqlayıb. Elnur Vəliyev təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlər onu xilas edib.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerindədir. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR