Azərbaycanda sürücülük hüququ ilə bağlı altkateqoriyalar müəyyənləşdirilir

Azərbaycanda sürücülük hüququ ilə bağlı altkateqoriyalar müəyyənləşdirilir
# 24 may 2018 14:50 (UTC +04:00)

Azərbaycanda sürücülük hüququ ilə bağlı yeni kateqoriyalar, yeni şərtlər müəyyənləşdirilir.

APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən “Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişiklik təklif edilir.

Layihəyə əsasən, qanunun 33 - cü (Nəqliyyat vasitələrini idarəetmə hüququ) maddəsinin 3-cü bəndinə edilən əlavəyə görə, “A”, “B” və “C” kateqoriyaları ilə yanaşı “B1” və “C1” altkateqoriyaları da müəyyənləşir və 18 yaşdan etibarən istifadə hüququna şamil edilir.

4-cü bəndə edilən əlavəyə görə isə “BE” kateqoriyası ilə yanaşı “C1E” altkateqoriyası da müəyyənləşdirilir, 19 yaşdan etibarən istifadə hüququ verilir.

6-cı bəndə edilən əlavə və dəyişikliyə görə isə “D” kateqoriyası ilə yanaşı “D1” altkateqoriyası da müəyyənləşdirilir, 23 yaşdan etibarın istifadə hüququna şamil edilir.

Layihəyə görə “D1E” altkateqoriyası da müəyyənləşir və 25 yaşdan 65 yaşadək sürücülük hüququndan istifadə hüququ verilir. Eyni zamanda bu altkateqoriya “D” kateqoriyasına və ya “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 2 ildən az olmamaq şərti ilə verilir.

Maddəyə belə bir II-I hissə də əlavə edilir: Hərbi qulluqçular “CE”, “D”, “DE” kateqoriyalarına və “D1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququnu 19 yaşdan etibarən əldə edə bilərlər.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçirilən iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR