ABŞ-da gecə klubunda yanğın nəticəsində 9 nəfər ölüb, 25 nəfər itkin düşmüş hesab edilir

ABŞ-da gecə klubunda yanğın nəticəsində 9 nəfər ölüb, 25 nəfər itkin düşmüş hesab edilir
# 03 dekabr 2016 16:50 (UTC +04:00)

ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərində gecə klubunda baş vermiş yanğın nəticəsində azı 9 nəfər ölüb, 25 nəfər itkin düşmüş hesab edilir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yerli mətbuat yanğının fişənglərdən istifadə edilməsi səbəbindən baş verdiyini bildirir.

Hadisə baş verdiyi an gecə klubunda 50-dək insan olub.

“East Bay Times” nəşri 13 nəfərin itkin düşdüyünü bildirir.

Yanğınsöndürənlər binaya daxil olmağa səy göstərirlər. Yanan binada hələ də insanların qaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR