Xırdalanda qeydiyyata alınan 5 istilik şirkəti fəaliyyətini dayandırıb

Xırdalanda qeydiyyata alınan 5 istilik şirkəti fəaliyyətini dayandırıb
# 31 yanvar 2018 06:43 (UTC +04:00)

Xırdalanda bir ünvanda qeydiyyatda olan 5 istilik xidməti göstərən şirkəti ləğv olunduğunu elan edib.

Bu barədə “APA-Economics” “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, bunlar “Mehdiabad İstilik 2014”, “Çaylı İstilik 2014”, “Masazır İstilik 2014”, “Məhəmmədi İstilik 2014” və “Fatmayı İstilik 2014” MMC-lərdir.

Kreditorlar 2 ay ərzində tələblərini Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti (Xırdalan), ev 257 ünvanına bildirə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR