Xaçmazda 35 yaşlı kişi bıçaqlanıb

Xaçmazda 35 yaşlı kişi bıçaqlanıb
# 09 dekabr 2016 00:56 (UTC +04:00)

Xaçmazda bıçaqlanma hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, şəhərin Həzi Aslanov küçəsində yaşayan 35 yaşlı Novruzov Nahid Vidadi oğlu bıçaqlanıb. 4 bıçaq zərbəsi alan yaralı müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralı əməliyyat olunub, vəziyyəti orta-ağırdır.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR