TİKA Gədəbəy xəstəxanasına təcili tibbi yardım maşını hədiyyə edib

TİKA Gədəbəy xəstəxanasına təcili tibbi yardım maşını hədiyyə edib
# 20 oktyabr 2017 12:49 (UTC +04:00)

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Gədəbəy Mərkəzi Rayon Xəstəxanasına tam təchizatlı təcili tibbi yardım maşını hədiyyə edib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu, TİKA-nın “Azərbaycanda təcili yardımın təkmilləşdirilməsi” layihəsi çərçivəsində həyata keçirilib.

Təcili tibbi yardım maşınının Gədəbəy Mərkəzi Rayon Xəstəxanasına təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Tədbirdə Gədəbəy rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal Musayev, Gədəbəy Mərkəzi Xəstəxanasının baş həkimi Ramiz Pirverdiyev, TİKA-nın Bakı koordinatoru Adəm Urfa, xəstəxananın həkimləri və başqa şəxslər iştirak ediblər.

Təcili tibbi yardım maşını Gədəbəy Mərkəzi Rayon Xəstəxanasına ilə bərabər, rayonun 108 kəndində vətəndaşların xidmətində olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR