Azərbaycana idxal edilən tütün məmulatlarına tətbiq edilən aksiz dərəcəsi artırılır

Azərbaycana idxal edilən tütün məmulatlarına tətbiq edilən aksiz dərəcəsi artırılır
# 18 mart 2020 10:44 (UTC +04:00)

Sabahdan Azərbaycana idxal edilən tütün məmulatlarına tətbiq edilən aksiz dərəcəsi artırılır.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" 17 fevral 2020-ci il tarixli qərarında əksini tapıb.

Qərar dərc edildiyi gündən 30 gün sonra – martın 19-da qüvvəyə minir.

Qərara əsasən, aksiz dərəcəsi tərkibində tütün olan siqarillalar və tərkibində tütün əvəzləyicisi olan siqarillaların 1 000 ədədi üçün 20 manatdan 31 manata qaldırılıb.

Aksiz dərəcəsi tərkibində tütün olan siqaretlər və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1 000 ədədi üçün isə 28 manatdan 39 manata qaldırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR