Özbəkistan diplomatı: "2017-ci il ölkəmizdə xalqla birbaşa dialoqun qurulması ili olub"

Özbəkistan diplomatı: "2017-ci il ölkəmizdə xalqla birbaşa dialoqun qurulması ili olub"
# 26 yanvar 2018 13:02 (UTC +04:00)

"2017-ci il Özbəkistanda xalqla birbaşa dialoqun yeni sisteminin qurulması ili olub".

APA-nın məlumatına görə, bu sözləri Özbəkistanın Azərbaycandakı səfirliyinin müşaviri Məhəmmədcon Botraliyev prezident Şavkat Mirziyoyevin ötən il dekabrında 22-də parlamentə müraciətinə həsr olunmuş mətbuat konfransında deyib. O bildirib ki, bu, prezidentin Ali Məclisə ilk müraciəti olub: "Həmin çıxış eyni zamanda 2017-ci il üzrə fəaliyyətin hesabatı idi. Qeyd olundu ki, Özbəkistan prezidentinin xalq və virtual qəbulları vətəndaşların problemlərin həlli ilə bağlı unikal demokratik institutdur. Bunun köməyi ilə 1,5 milyon insan illərlə yığılmış problemini həll edə bilib".

Diplomatın sözlərinə görə, Ş. Mirziyoyev çıxışında ölkədə 2017-ci ildə qeydə alınmış iqtisadi inkişaf barədə danışıb: "Prezidenti müraciətində bildirdi ki, il ərzində iqtisadi inkişaf 5,5 faiz, ixracın həcmi isə 15 faiz artıb. Prezident sosial sahədə inkişafdan da danışıb".

M. Botraliyev qeyd edib ki, Özbəkistan prezidenti il ərzində 21 səfər edib, 60-dan çox ölkə və təşkilat rəhbəri ilə görüşüb. Görüşlər zamanı 400-dən çox razılaşma imzalanıb, onların icrası üçün 40 yol xəritəsi hazırlanıb. O əlavə edib ki, prezident gələcəkdə dövlət quruculuğu, iqtisadi inkişaf, təhlükəsizlik və digər istiqamətlərlə bağlı prioritetləri müəyyənləşdirib: "Özbəkistan ticari-iqtisadi əlaqələrin inkişafı üçün çox əlverişli şərait yaradıb və ölkələrlə bu istiqamətdə əlaqələr inkişaf edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR