Göyçayda canavarlar beş qoyunu parçalayıb

Göyçayda canavarlar beş qoyunu parçalayıb
# 02 fevral 2017 08:48 (UTC +04:00)

Göyçay rayonunda xırdabuynuzlu heyvanlar yırtıcıların hücumuna məruz qalıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Ləkçıplaq kəndində qeydə alınıb. Gecə saatlarında canavarlar kəndə soxularaq, Şirvan Kərimova məxsus tövlədə olan 5 baş qoyunu tələf edib. Xəsarət alan digər qoyunlara isə baytar həkimlər tibbi yardım göstəriblər.

Kənd sakinlərinin sözlərinə görə, qış aylarında canavar və çaqqallar tez-tez fərdi təsərrüfatlara hücum edərək, xırdabuynuzlu heyvanları, ev quşlarını tələf edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR