Prorektorun iş otağından oğurluq edən şəxs: "İzi itirmək üçün qaçaq yolla İran sərhədini keçməliydim"

Prorektorun iş otağından oğurluq edən şəxs: "İzi itirmək üçün qaçaq yolla İran sərhədini keçməliydim"
# 01 dekabr 2016 12:02 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sübhan Ələkbərov Pərviz Quliyev, Həzrət Məmmədov, Vüqar Vəliyev, Mirsənan Seyidov, Fərahim Baxışlı və Ramin Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Vüqar Vəliyev ifadə verib. O, özünü təqsirli bilmədiyini deyib: "Mən Sübhanla bu işi qurmamışam. Mənə pul verilməyib. Burda Sübhan deyir ki, pulun 20 min manatı mənə çatmalı idi. Əksinə, mən polisə demişəm ki, pulu Sübhan aparıb. Hadisə olan kimi Minur müəllim mənə zəng elədi. Dedi ki, sənin qaynın Sübhan hardadı? Mən də bu ünvanı polislərə göstərdim".

Təqsirləndirilən Sübhan Ələkbərov isə V. Vəliyevlə razılaşmayıb, oğurluq planını birlikdə hazırladıqlarını deyib: "Bizim planımız belə idi ki, izi itirmək üçün əvvəlcə İrana gedim, sonra qaçaq yolla Azərbaycana gəlib prorektorun iş otağından seyfi oğurlayım, yenə İrana qayıdım. Yəni araşdıranda görsünlər ki, mən İranda olmuşam. Mən bu məsələləri Vüqar Vəliyevlə danışmışdım".

Proses dekabrın 13-də davam etdiriləcək

Qeyd edək ki, təqsirləndirilən şəxslər Odlar Yurdu Universitetinin birinci prorektoru Munir Vəliyevin iş yerindən oğurluq etməkdə, ona ümumilikdə 429 min 172 manat dəyərində ziyan vurmaqda ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR