Kreditorlar Telman İsmayılovdan 150 mlrd. rubl tələb edirlər

Kreditorlar Telman İsmayılovdan 150 mlrd. rubl tələb edirlər
# 09 fevral 2017 22:58 (UTC +04:00)

Kreditorlar azərbaycanlı iş adamı, Moskvadakı Çerkizov bazarının sabiq sahibi Telman İsmayılovdan 150 mlrd. rubl tələb edirlər. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Arbitraj məhkəməsi ötən gün qeyd olunan iş üzrə dinləmələrə başlayıb.

Məlumata görə, Çerkizov bazarının 2009-cu ildə bağlanmasına baxmayaraq, T.İsmayılov kreditorlarla hələ də hesablaşmayıb. Onlar iş adamından 150 mlrd. rubl tələb etsələr də, indiyədək ümumi məbləği təxminən 27,8 mlrd. rubl təşkil edən iddialar baxılaraq, kreditorlar reyestrinə daxil edilib.

OTR-in məlumatına görə, borcluya məxsus aktivlərin ümumi dəyəri təxminən 618 mln. rubl təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR