Müalicə məqsədi ilə ABŞ-a gedən Türkiyə vətəndaşlarına viza veriləcək

Müalicə məqsədi ilə ABŞ-a gedən Türkiyə vətəndaşlarına viza veriləcək
# 16 oktyabr 2017 17:08 (UTC +04:00)

ABŞ Türkiyə vətəndaşlarına müalicə və digər təcili humanitar məsələlərlə bağlı viza verəcək.

APA-nın “Hüriyyət”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Türkiyədəki səfirliyinin rəsmi “Tvitter” səhifəsində yer alan elanda bildirilir.

Qeyd edək ki, ABŞ dövlət katibinin müavini Conatan Kohenin rəhbərlik etdiyi nümayəndə heyəti viza probleminin həlli ilə bağlı Ankarada rəsmi səfərdədir. Onun Türkiyə XİN aparatının rəhbəri Əhməd Muxtar Günün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü nəzərdə tutulur.

Xatırladaq ki, bir müddət öncə ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı, Türkiyə vətəndaşı Mətin Topuzun həbsi səbəb olub. M. Topuz FETÖ ilə əlbir olmaqda təqsirli bilinərək saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR