İngiltərə Premyer Liqa klubu satışa çıxarılıb

İngiltərə Premyer Liqa klubu satışa çıxarılıb
# 16 oktyabr 2017 19:43 (UTC +04:00)

İngiltərə Premyer Liqa təmsilçisi “Nyukasl” satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, bu barədə klubdan açıqlama verilib.

Bildirilib ki, Premyer Liqanın ən qədim sakinlərindən biri olan sahibi Mayk Eşli tərəfindən satışa çıxarılıb.

Satışın şərtləri və maliyyə tərəfi haqqında xəbər verilməsə də, satışın ilin sonuna qədər reallaşması planlaşdırılıb.

Qeyd edək ki, 124 illik tarixi olan “Nyukasl” 2008/09 mövsümündə Premyer Liqanı tərk etmiş, ötən mövsüm isə “Çempionşip”in qalibi olaraq yenidən yüksək dəstəyə qayıtmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR