"Bakıdan mənzərələr": Əbədi alov -"Atəşgah məbədi" - FOTO-LAYİHƏ

"Bakıdan mənzərələr": Əbədi alov -"Atəşgah məbədi" - <span style="color: red;"> FOTO-LAYİHƏ
# 02 noyabr 2016 11:09 (UTC +04:00)

"APA Holding"-in "Foto şöbəsi" "Bakıdan mənzərələr" layihəsini davam etdirir.

Layihənin məqsədi Bakı kəndlərini, ümumiyyətlə, Bakının tarixi məkanlarını oxucularla yaxından tanış etməkdir.

Bu dəfə isə "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanışlıq olacaq.

APA.az həmin fotoları təqdim edir:

"Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu haqqında ümumi məlumat:

Məkan - Bakının Suraxanı kəndi

Tarixi - XVII əsr. Gəlmə Parslar (atəşpərəst hindli tacirlər) tərəfindən təbii qaz sızan yerdə, sönməyən alovun üzərində tikilib. "Atəşgah" ("Od yeri") adlandırılıb.

Məbədin ən erkən tikilisi olan tövlə eramızın 1713-cü ilində, mərkəzi məbəd-səcdəgahı isə 1810-cu ildə tacir Kançanaqaranın vəsaiti hesabına tikilib.

Atəşgah məbədi atəşpərəstlərin sitayiş yeri olub. Bura gələn ticarətçilərin və zəvvarların böyük bir qismi hindistanlılar idi.

Məbəd - 26 hücrədən və mərkəzi ibadətxanadan ibarətdir. Hər hücrə 3-4 nəfər tutur. Məbəddə 20 qiymətli daş kitabə var ki, onlar hücrənin üstündə yerləşir. Bir kitabəni zərdüştlər, 19-nu isə atəşpərəstlər qoyub. Kitabələrdən 19-u hind, biri isə fars dilində yazılıb. Hər kitabədə otaqların neçənci ildə və hansı tacir tərəfindən tikilməsi, hind tanrılarının adları da qeyd olunub.

"Atəşgah məbədi" UNESCO-nun Dünya İrsinin İlkin siyahısına daxil edilib.

Foto - Ramil Zeynalov © APAHOLDİNG

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR