İran XİN: ABŞ-ın Suriyaya raket zərbələri terrorçuların mövqelərini daha da möhkəmləndirəcək

İran XİN: ABŞ-ın Suriyaya raket zərbələri terrorçuların mövqelərini daha da möhkəmləndirəcək
# 07 aprel 2017 09:22 (UTC +04:00)

İran hakimiyyəti ABŞ-ın Suriya ordusunun aviabazasına raket zərbələri qəti pisləyir.

APA-nın xəbərinə görə, bu barədə İranın “Press Tv” telekanalının yaydığı məlumatda deyilir.

İran Xarici İşlər Nazirliyi hesab edir ki, Suriya ordusunun mövqelərinə endirilmiş zərbələr terrorçuların mövqelərini möhkəmləndirəcək, habelə Suriyadakı durumu daha da çətinləşdirəcək.

Nazirlikdən bildiriblər ki, İdlib yaxınlığında kimyəvi hücumdan fayda əldə edən qüvvələr hələ də kölgədə qalır.

Xatırladaq ki, ABŞ-ın Aralıq dənizindəki hərbi gəmiləri Suriya ərazisində yerləşən aviabazaya raket zərbələri endirib. ABŞ-ın iddiasına görə, zərbələr Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq endirilib.

ABŞ hərbçilərinin Suriyanın Homs əyalətindəki “Əş-Şəyrat” aerodromuna azı 50 “Tomaqavk” raketi atdığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR