“Muğanbank”ın kredit portfeli azalıb

“Muğanbank”ın kredit portfeli azalıb
# 16 noyabr 2016 07:06 (UTC +04:00)

2016-cı il oktyabrın 1-nə “Muğanbank” ASC aktivlərinin həcmi 484,725 mln. manata çatdırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5% çoxdur.

APA-Economics” xəbər verir ki, cari ilin III rübünə bankın kredit portfeli 322,473 mln. manat olub ki, bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,4% azalma deməkdir.

Bankın öhdəliklərinin həcmi hesabat dövrünün sonuna 426,938 mln. manat təşkil edib.

Bankın məcmu kapitalı 2,7% artaraq 57,787 mln. manat, nizamnamə kapitalı isə 10% artaraq 55 mln. manat təşkil edib.

“Muğanbank” ASC son 9 ayda 90,77 min manat mənfəət əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR