İsmayıllıda ev yanıb

İsmayıllıda ev yanıb
# 02 avqust 2017 17:15 (UTC +04:00)

İsmayıllı rayonunda yanğın olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 17:50 radələrində İsmayıllı rayonunun Güyüm kəndində baş verib.

Kənd sakini, 1954-cü il təvəllüdlü Həsənov Nizami Xəqani oğluna məxsus fərdi yaşayış evində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

1950-ci ildə tikilən və ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli kürsülü ev yanar konstruksiyaları və içərisindəki əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı iki ev yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR