Kamal Kılıçdaroğlu yenidən CHP sədri seçilib

Kamal Kılıçdaroğlu yenidən CHP sədri seçilib
# 03 fevral 2018 21:52 (UTC +04:00)

Türkiyənin aparıcı siyasi partiyalarından olan Cümhuriyyət Xalq Partiyasının (CHP) 36-cı qurultayı keçirilib. Qurultayda Kamal Kılıçdaroğlu yenidən sədr seçilib.

APA-nın xəbərinə görə, qurultayda iştirak edən nümayəndələrin 790-ı Kamal Kılıçdaroğluna səs verib.

K.Kılıçdaroğlunun əsas rəqibi Yalova millət vəkili Məhərrəm İncə isə 447 səs toplayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR